Yuxarı

Paytaxtda yollar buz bağladı: 42 qəza...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paytaxtda yollar buz bağladı: 42 qəza...

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq son iki gündə Bakı şəhəri ərazisində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Axar.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün fevralın 24-25-də maddi zərərlə nəticələnən 42 yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirib.

“Sözsüz ki, baş vermis hadisələrdə sürücülər tərəfindən yol və meteoroloji şərait düzgün nəzərə alınmayıb. Xatırladıram ki, yol və meteoroloji şəraitdən aslı olaraq, sürücülər nəqliyyat vasitəsini elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yaranarsa, sürücü bu təhlükə ilə toqquşmanın qarşısını ala bilsin. Təəssüflər olsun ki, belə hava şəraitində əyləc sistemindən istifadə edilməsi, dayanma-durma prosesini ötürmələr qutusunun hesabına aparılmaması, eyni zamanda idarəetmədən diqqətin yayınması və yol boyu qoyulmuş yol nişanların tələblərinə uyğun hərəkət etməmək, sürət həddinə diqqət yetirməmək son nəticəsində yol-nəqliyyat hadisələrinin yaranması ilə nəticələnir”, - V.Əsədov vurğulayıb.

Tarix
2021.02.26 / 10:13
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla