Yuxarı

Xocalıda 10-dan çox qohumum öldürülüb - Kərimov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalıda 10-dan çox qohumum öldürülüb - Kərimov

Genetik Ehtiyatlar İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

İnstitutdan Axar.az-a bildirilib ki, onlayn formatda keçən anım tədbiri Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxışında erməni quldurları ilə birlikdə sovet ordusunun 366-cı alayının törətdikləri Xocalı soyqırımını bəşəriyyət tarixində ən qanlı hadisələrdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib, Prezident İlham Əliyevin apardığı davamlı və məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımı bir sıra dövlətlər tərəfindən tanınıb.

Z.Əkpərov, həmçinin qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu işğal altında olan ərazilərimizi geri qaytarmaqla Xocalı qurbanlarının qisasını aldı.

İnstitutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, əslən Xocalıdan olan Əkbər Kərimov hadisələrlə bağlı valideynlərinin və yaxın qohumlarının xatirələrini danışıb. O bildirib ki, həmin hadisələrin şahidi olub və erməni qəsbkarları tərəfindən 10-dan çox qohumu öldürülüb.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tarix
2021.02.26 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla