Yuxarı

Azərbaycana dəstəyə görə bizə təzyiq edildi - Nabiullin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana dəstəyə görə bizə təzyiq edildi - Nabiullin

Kazanda “Azadlıq” Tatar Gənclər İttifaqı Xocalı faciəsilə bağlı piket keçirib.

Axar.az xəbər verir ki, bunu ittifaqın lideri Nail Nabiullin deyib.

Onun sözlərinə görə "Azadlıq" Tatar Gənclər İttifaqı bu piketlə qardaş Azərbaycan xalqına Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım günündə öz dəstəyini ifadə edib.

Nabiullin qeyd bildirib ki, "Azadlıq" hər zaman bütün türk xalqlarına dəstək olub:

"2012-ci ildən etibarən hər il Xocalı soyqırımı günündə tədbir keçiririk. Lakin ötən il qardaş Azərbaycan xalqına sərgilədiyimiz sadə insan həmrəyliyinə görə təzyiqlərlə qarşılaşdıq. Xüsusən də "Türk baxışı" qəzetində işlətdiyim "Azərbaycan, bizim qəlbimiz səninlədir" ifadəsinə görə mənə sosial şəbəkələrdə və mediada sözün əsl mənasında təzyiqlər olundu. Lakin bütün təzyiqlərə baxmayaraq, biz öz mövqeyimizdən dönməyəcəyik".

İttifaqın fəalı Fanil Gilyazov da bildirib ki, aksiyanın məqsədi faciənin günahsız qurbanlarının xatirəsini yad etmək və bu hadisəyə ictimai diqqət cəlb etməkdir:

“Cəmiyyət bundan ibrət dərsi götürməlidir və belə bir faciə bir daha heç vaxt və heç yerdə təkrar olunmamalıdır. Biz tatarlar türk dünyasının bir hissəsi kimi qardaş Azərbaycan xalqının dərdindən kənarda qala bilmərik".

Tarix
2021.02.28 / 13:49
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla