Yuxarı

Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi

BMS AQRO MMC-nin təsisçisi və direktoru Balakişiyev Mülhazil Süleyman oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Balakişiyev Mülhazil Süleyman oğlunun Aqrolizinq ASC tərəfindən keçirilən tenderdə iştirak edib qalib olmaqla qeyd edilən Cəmiyyətlə müqavilə bağlanması və mal alınması məqsədilə ödənilmiş külli miqdarda pul vəsaitlərinin mənimsənilməsinə, habelə lizinq yolu ilə alınması nəzərdə tutulan ümumilikdə 2 milyon 212 min manat dəyərində malın təqdim edilməməsində ifadə olunan hərəkətləri ilə həmin Cəmiyyətin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Mülhazil Balakişiyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı Aqrolizinq ASC-yə vurulmuş 2 milyon 212 min manat məbləğdə maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib.

Tarix
2021.03.01 / 14:38
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə yeni hərbi sistemə keçir: 3 dənizdə güc...

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla