Yuxarı

Qazimizin gözü açıldı, həkiminə şokolad hədiyyə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazimizin gözü açıldı, həkiminə şokolad hədiyyə etdi

İsrailli həkim Vətən müharibəsi qazisi Arif Hacıyevin gözünü əməliyyat edərək görmə qabiliyyətini bərpa edib.

Bu barədə Axar.az-a YAŞAT Fondundan məlumat verilib. Bildirilir ki, A.Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yaralanıb. İsrailli həkim tərəfindən üçqat prosedur əməliyyatı gerçəkləşib.

Qazinin gözünün içərisinə okulyar linza yerləşdirilib və israilli donordan yeni kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.

Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itib. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazinin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib. Onun sağalma prosesinin getdikcə daha da yüksələcəyi bildirilib.

Qazimiz təşəkkür əlaməti olaraq həkiminə şokolad hədiyyə edib.

Xatırladaq ki, YAŞAT Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

Tarix
2021.03.03 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla