Yuxarı

Məcburi köçkünlərin yaşadığı fermada yanğın - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məcburi köçkünlərin yaşadığı fermada yanğın - Video

Qax rayonunda laçınlı məcburi köçkünlərin məskunlaşdığı fermada yanğın olub.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəlayir kəndində, "Qovra" adlanan ərazidə baş verib.

Yanğın Laçın rayonunun Oğuldərə kəndindən olan məcburi köçkün, 66 yaşlı Fazil İlyasov və onun iki oğlunun öz ailələri ilə birgə yaşadığı köhnə tikilidə qeydə alınıb. Nəticədə ümumi sahəsi 886 kvadratmetr olan fermanın184 kvadratmetr çardaq hissəsi və 20 kvadratmetr sahəyə malik otaqlar içərisindəki əşyalarla birlikdə yanıb. Otaqlarda olan əşyaların bir hissəsini yanğından qorumaq mümkün olub.

F.İlyasov deyib ki, hadisə nəticəsində iki gəlininin cehizi, qızılları və ailənin dar gün üçün topladığı 2000 manatdan artıq pul yanıb.

Hadisə yerinə Qax rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb edilib. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2021.03.06 / 12:29
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla