Yuxarı

“Karantin sərtləşəcək” deyilir, otellərdə isə boş yer yoxdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya səbəbindən Novruz bayramında nəzərdə tutulan qeyri-iş günlərində karantinin sərtləşəcəyi, rayonlara gediş-gəlişin qadağan ediləcəyi ilə bağlı iddialar səsləndirilir. Maraqlıdır, bu iddialar bölgələrdə fəaliyyət göstərən otellərin işinə necə təsir edib? Bayram günlərində otellərdə bayram şənliyi olacaq?

Axar.az-ın bölgələrimizdəki otellər arasında keçirdiyi sorğunu təqdim edirik:

Marxal otel: Martın 20-21-i üçün otelimizdəki bütün otaqlar rezerv edilib. Bayramla əlaqədar tədbir keçirilməsi nəzərdə tutulmayıb. Yalnız qonaqlar üçün otelin restoranında canlı musiqi olacaq.

Qalaaltı otel: Novruz bayramı ilə əlaqədar şənliyin olub-olmayacağı ilə bağlı hələlik məlumat yoxdur. Otel otaqları rezerv olunub, lakin pandemiya ilə bağlı necə olacağını bilmirik.

Relax otel: Novruzla bağlı canlı musiqi olacaq. Hazırda otelimizdə boş yer var. Qonaqların sayının çox olması gözlənilmir.

Xəzər Palas: Dəqiq məlumat yoxdur. Lakin böyük etimalla canlı musiqi olacaq. Bayram günlərində oteldə qonaq sayının çox olması nəzərdə tutulur.

Quba Palas: Təntənəli şəkildə olmasa da, Novruz bayramı üçün şənlik nəzərdə tutulub. Əyləncə və şou proqram olması planlaşdırılır, lakin hələlik dəqiq məlumat yoxdur. Otelimizdə bayram günlərində qonaq sayının çox olması gözlənilir.

Ayan Palas: Hələlik Novruz şənliyi nəzərdə tutulmur. Bayram günləri üçün boş otaqlarımız var.

Tarix
2021.03.09 / 15:14
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla