Yuxarı

İki övladını qətlə yetirən qadının əri saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki övladını qətlə yetirən qadının əri saxlanıldı

Bakıda iki övladını qətlə yetirən qadının əri saxlanılıb.

APA-nın məlumatına görə, iki övladını boğaraq öldürən N. Quliyevanın əri Asif Məlikzadə faktla əlaqədar Sabunçu Rayon Prokurorluğuna dəvət edilib. Hazırda A. Məlikzadənin ifadəsi alınır.

N. Quliyeva hadisəni törətməzdən əvvəl məktub yazıb. Məktubda deyilir: "Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm".

Qeyd edək ki, məlum hadisə ötən gün Sabunçu rayonu Albalılıq yaşayış massivində qeydə alınıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Quliyeva övladları 2012-ci il təvəllüdlü Aydan Asif qızı Məlikzadə və 10 aylıq Ayşənin boğazını kəsərək öldürüb.

Hadisədən sonra N. Qurbanova intihar məqsədi ilə özünü bıçaqlayıb. Ağır bədən xəsarəti alan N. Qurbanova 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2015.06.05 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla