Yuxarı

İrana aparan körpü təmir edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana aparan körpü təmir edildi - Foto

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş avtomobil körpüsündə aparılan təmir işləri yekunlaşıb.

"Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata görə, bu gündən etibarən körpü üzərində tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Körpü üzərində nəqliyyat vasitələrinin intensivliyi nəzərə alınaraq Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən təmir-tikinti işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilmişdi. Körpüdə aparılmış təmir-tikinti işləri zamanı normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində sınmış 4 ədəd dəmir-beton tirlər dəyişdirilib. Qəza baş vermiş hərəkət zolağı boyunca 90 metrlik aşırım tirləri üzərində dəmir-beton karkas yığılaraq üstü betonlanıb.

Xatırladaq ki, 1991-ci ildə inşa olunmuş, uzunluğu 90, eni 18 metr və 5 aşırımdan ibarət körpü bu ilin may ayının 28-də qəzalı vəziyyətə düşmüşdü. Bakı şəhəri istiqamətində hərəkət edən normadan artıq yüklənmiş daha bir ağır tonnajlı maşının keçməsindən sonra körpünün 2-ci və 3-cü aşırımlarının 4 aşırım tirində sınma baş vermişdi. Nəticədə həmin hərəkət zolağı ilə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmışdı.

Tarix
2015.06.10 / 11:02
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla