Yuxarı

BNA-nın illik hesabatı gizləməsinin səbəbi - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BNA-nın illik hesabatı gizləməsinin səbəbi - Ekspert

Bakı Nəqliyyat Agentliyi hələ də 2020-ci il üzrə xərcləri, gəliri və qazancı ilə bağlı hesabatını açıqlamayıb.

Axar.az xəbər verir ki, hesabatın açıqlanmaması Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan Bakı Bus MMC-nin Müşahidə Şurasının idarəetməsinə verilməsinin səbəbinin aydınlaşmasına imkan vermir.

Bununla bağlı bir ay öncə saytımızın etdiyi müraciət də cavabsız qalıb.

Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli bildirib ki, Bakı Bus MMC-də daxil olmaqla, dövlət tərəfindən dotasiya alan bəzi qurumlar xərcləri şişirtdiyi üçün hesabatları açıqlamır:

“Dövlət büdcəsindən maliyyələşən qurumlar ən azı ildə bir dəfə xərcləri, gəlirləri və qazancı barədə hesabat təqdim etməlidirlər. Bununla bağlı Hesablama Palatasının da rəyi olmadır. Təəssüf ki, açıq mənbələrdən bu hesabatı tapmaq çətin olur. Bunun səbəbi də dövlət qurumlarının xərcləri şişirtməsidir. Onların ziyanla işləməsi səbəbinin də arxasında bu şişirtmə, mənimsəmə dayanır. Hesabatlarda qapalı və ya tam açıqlanmayan hissə əsasən xərclərlə bağlıdır. Xərclərin şişirdilməsi nəticəsində dövlət qurumlarında müəyyən artıq ödənişlər və korrupsiya sxemləri yaranır”.

Tarix
2021.04.01 / 08:45
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla