Yuxarı

Millət vəkili Yaqub Zurufçunu təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili Yaqub Zurufçunu təbrik etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının əməkdar artisti, vokalist Yaqub Zurufçu ilə Mədəniyyət Komitəsində görüşüb.

Axar.az xəbər verir ki, milləy vəkili Yaqub Zurufçunu 65 illik yubileyi münasibəti ilə təbrik edib və ona Komitə adından təbrik məktubu təqdim edib.

Təbrik məktubunda deyilir:

“Sizi – görkəmli Azərbaycan sənətkarını, dünyanın müxtəlif ölkələrində yaxşı tanınan vokalisti 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz 1956-cı il aprelin 8-də Təbriz şəhərində doğulmusuz. 7 yaşında təhsilə başlamış, elə o illərdə şəhərin uşaqlar proqramında iştirak edərək “Cücələrim” mahnısı ilə ün qazanmısız. 11 yaşında isə xalq və bəstəkar mahnılarını məharətlə ifa etməyə başlamış, 15 yaşında Təbriz Milli Televiziyasında ilk dəfə çıxış etmisiz.

Siz 19 yaşında Tehran Universitetinində təhsilə başlamış, eyni zamanda Tehran operasının xorunda öz musiqi fəaliyyətinizi davam etdirmisiz. 1979-cu ildə Almaniyaya köçdükdən sonra Hamburq şəhərində, daha sonra ABŞ-ın Florida ştatındakı Mayami Universitetində vokal sənəti üzrə kamil musiqi təhsili almısız.

Siz harada yaşamağınızdan asılı olmayaraq, bütün dövrlərdə, Azərbaycana, mədəni irsimizə, özəlliklə milli musiqimizə sevdalı olmuş, mədəniyyətimizi təbliğ və tərənnüm etmisiz.

Siz “Ayrılıq” mahnısı ilə Azərbaycan Respublikasında hələ ötən yüzilliyin 80-ci illərinin sonunda geniş şöhrət qazanmısız və 1989-cu ildə ilk dəfə respublikamıza gəlmisiz.

15 iyul 2009-cu ildə Siz rəsmən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş, həmin il, sentyabrın 17-də isə Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülmüsüz.

Millət, mədəniyyət və dil sevdanız övladlarınıza qoyduğunuz adlarda da parlaq şəkildə görünməkdədir: Dəniz, Dalğa, Atilla!

Sizi yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!

Q.Paşayeva Y.Zurufçuya Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Y.Zurufçu səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

Tarix
2021.04.07 / 12:19
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla