Yuxarı

Axunddan iftar məclisləri ilə bağlı – Çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin Axar.az-a müsahibəsi:

- Qarşıdan müqqədəs Ramazan ayı gəlir. Təəssüf ki, bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf etdi. Ölkədə davam edən karantin rejimini və mövcud pandemiya vəziyyətini nəzərə alaraq, Ramazan ayı ilə bağlı vətəndaşlarımız nələrə diqqət etməlidir?

- Əvvəla, qarşıdan gələn müqəddəs Ramazan ayı münasibəti ilə bütün Azərbaycan xalqını və dünya azərbaycanlılarını təbrik edirəm. Bildiyiniz kimi, dünən Qafqaz Müsəlmanları İdarəsində başda Şeyx həzrətləri olmaqla, Qazilər Şurasının onlayn formatda iclası oldu. İclasda Şamaxı Astrofizika Rəsədxanasının da bizə verdiyi məlumatlara əsasən yetkinliklə qərar qəbul edildi ki, 13 aprel Ramazan ayının niyyət axşamı, 14 aprel isə Ramazan ayının birinci günüdür. Şeyx həzrətləri də bunu təsdiq etdi.

Təəssüflə demək istəyirəm ki, keçən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf etdi. Təbii ki, biz din xadimləri də Qurani-Kərimin “öz əllərimizlə özünüzü təhlükəyə atmayın“ ayəsini misal gətirərək, maksimum dərəcədə insanları maarifləndirməyə çalışırıq. Xüsusilə bu ay ərzində insanlara mövcud karantin rejimi çərçivəsində dini ibadətlərini icra etmələrini məsləhət görürük.

- Ramazan ayında kütləvi iftar süfrələrinin təşkili ənənəsi var. Mövcud karantin qaydalarına görə, bu və bu kim məclislərin keçirilməsi qadağandır...

- İnsanlara Ramazan ayı ərzində kütləvi iftar süfrələri təşkil etməmələrini tövsiyə edirəm. Ümumiyyətlə, dinimizdə bu əməl hər nə qədər sevilsə də, ötən il olduğu kimi, bu il də kütləvi iftar süfrələrinin keçirilməməsi lazımdır. Nəzərə almaq lazımdır ki, mövcud karantin qaydaları buna yol vermir. Digər tərəfdən, hər gün virusa yoluxan insanların sayı sürətlə artır. Yaxınlarımızı, sevdiklərimizi maksimum dərəcədə qorumaq lazımdır. Təbii ki, iftar süfrələri ailəiçi olmaq şərtilə keçirilə bilər. Xüsusilə də evin ağsaqqalı, ağbirçəyi rəhbərliyində ailəiçi iftar süfrələri təşkil edilə bilər. İnşallah, Ramazan ayı ərzində mövcud qaydalara riayət edərək yoluxma sayını azalda bilərik.

- Keçən il pandemiya ilə əlaqədar bayram namazı qılınmamışdı. Bu il bayram namazı təşkil ediləcək?

- Bu barədə indidən danışmaq tezdir. Çünki hər saatın öz hökmü var. Əgər mövcud yoluxma və ölüm dinamikasında azalma müşahidə olunsa, bayram namazı məhdud sayda insanın iştirakı ilə karantin qaydalarının tələblərinə riayət etməklə qılına bilər. Təbii ki, bunu qarşıdan gələn zaman göstərəcək.

Tarix
2021.04.10 / 17:15
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla