Yuxarı

Belarusdan Qarabağla bağlı təklif: Dəstəyə hazırıq!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belarusdan Qarabağla bağlı təklif: Dəstəyə hazırıq!

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 13 aprel tarixində ölkəmizdə səfərdə olan Belarusun arxitektura və tikinti naziri Ruslan Parxamoviçi qəbul edib.

Bu barədə Axar.az Komitəyə istinadən xəbər verir.

Qonağı salamlayan Komitə sədri ölkələr arasında bir çox istiqamətlər üzrə qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq eyni zamanda şəhərsalma və tikinti sahəsində ikitərəfli və çoxtərəfli formatlarda mütəxəssislər səviyyəsində daim təcrübə mübadiləsinin aparıldığından məmnunluğunu ifadə edib.

Daha sonra Anar Quliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Ermənistan təcavüzkarlarına qarşı aparılmış uğurlu anti-terror və sülhə məcburetmə əməliyyatı nəticəsində Azərbaycanın uzunmüddətli işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidənqurulması məqsədilə görülən işlər, Komitənin ümumi fəaliyyəti və şəhərsalma sahəsində aparılan islahatlar barədə Belarus həmkarını məlumatlandırıb.

Səmimi qəbula görə təşəkkür edən R.Parxamoviç ölkəmizlə qarşılıqlı etimada, hörmətə və dostluq prinsiplərinə söykənən ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Belarusun Şəhərsalma və Tikinti Nazirliyinin fəaliyyəti haqqında geniş məlumat verən nazir Azərbaycana Qarabağ regionunda aparılacaq tikitni-quruculuq işləri ilə əlaqədar dəstək göstərməyə, ölkəsinin layihəçilərinin və tikintinin təşkili üzrə ekspertlərinin şəhərsalma proseslərində iştirak etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Görüş çərçivəsində Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Belarusun Arxitektura və Tikinti Nazirliyi arasında şəhərsalmanın planlaşdırılması, habelə layihələndirmə və tikintidə müasir informasiya texnologiyalarının tətbiqi sahələrində perspektiv əməkdaşlıq imkanları üzrə ətraflı fikir mübadiləsi aparıldı, qarşılıqlı əlaqələr və mümkün birgə layihələr müzakirə olunub.

Tarix
2021.04.13 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video

Qafarova Monteneqro baş nazirinin müavini ilə görüşdü

Azərbaycan şirkətləri bu ölkəyə 1 milyard yatırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla