Yuxarı

DİN-dən qovulan polkovnikə 9 il də cəza verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən qovulan polkovnikə 9 il də cəza verildi

Həbs edilən polkovnik-leytenant hakim önünə çıxarılıb. Külli miqdarda dələduzluqda ittiham edilən şəxsə hökm oxunub.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Əli Məlikovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan sonuncu məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, Əli Məlikov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Əli Məlikov DİN-in sabiq əməkdaşı, polis polkovnik-leytenantıdır. O, bu əməllərinə görə DİN-dən qovulub.

Onun keçmiş qayınatası Fövqəladə Hallar Nazirliyinin "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutunun direktoru Sahib Qarayevdir.

Məlumata görə, Əli Məlikovun ailəsinin dağılmasına səbəb də məhz bu hadisələr olub. Bir neçə il əvvəl Əli Məlikova pul verən bəzi şəxslər Sahib Qarayevin adını çəkirdilər. Bildirirdilər ki, Əli Məlikov onlardan aldığı pulu Sahib Qarayevə verib. Sahib Qarayev isə deyilənlərlə razılaşmır.

Əli Məlikova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədilikdə) maddəsi ilə ittiham elan edilib. Əli Məlikov istintaq dövründə bir dəfə həbs edilib, sonra isə azadlığa buraxılaraq barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Daha sonra isə barəsində növbəti dəfə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Əli Məlikov iş görmək adı ilə Səbuhi Məlikova və Rasim İsmayılova qarşı külli miqdarda dələduzluq edib.

İş üzrə zərərçəkmiş kimi tanınan Səbuhi Məlikov həbs edilən Əli Məlikovun əmisi oğludur. Digər zərərçəkmiş Rasim İsmayılov isə Səbuhi Məlikovla dost olub və Əli Məlikovla tanışlıq da buradan yaranıb.

İttihama görə, Əli Məlikov hər iki şəxsdən xaricdən mebel gətirmək və topdan satışı ilə məşğul olmaq adı ilə pul alıb. Ümumi zərər 500 min manata yaxındır. Zərərin böyük hissəsi Rasim İsmayılova məxsusdur.

Zərərçəkmiş Rasim İsmayılov deyib ki, Əli Məlikov onlardan alınan pulları qardaşı Vüqar Məlikovun mebel biznesinə yatırıb.

İstintaq dövründə zərərçəkmişlərin zərəri ödənilməyib.

Tarix
2021.04.19 / 23:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla