Yuxarı

Fərhad Əhmədovun oğlu anasına 100 milyon ödəyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərhad Əhmədovun oğlu anasına 100 milyon ödəyəcək

Keçmiş senator, Azərbaycan əsilli Rusiya milyarderi Fərhad Əhmədovun oğlu Teymur, məhkəmə qərarı ilə anasına 100 milyon dollar ödəməli olacaq.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, məhkəmə onu həm də "atasına kömək etmək üçün hər şeyi edəcək vicdansız bir şəxs" adlandırıb.

Hakim Qvinnet Noulz, kiçik Əhmədovun atasına kömək etdiyini və anasının məhkəmə tərəfindən təsdiqlənmiş 450 milyon funt sterlinq (627 milyon dollar) boşanma ödəməsi almasına mane olmaq üçün "bacardığı hər şeyi" etdiyi qənaətinə gəlib. Noulz deyib ki, Teymur indi anasına 100 milyon dollardan çox pul ödəməlidir.

Xatırladaq ki, 2016-cı ildə London Ali Məhkəməsi Fərhad Əhmədovun üzərinə keçmiş həyat yoldaşı Tatyanaya 453 milyon funt-sterlinq (onun varidatının 41,5 faizi) ödəməsi barədə öhdəlik qoyub. Onun payına saraylar, yaxta, vertolyot, xüsusi təyyarə və incəsənət əsərləri daxildir. Bu, Londonun boşanma prosesləri tarixində ən böyük kompensasiya idi.

Dinləmələr 2020-ci ilin sonunda bərpa olunub. Həmin vaxt məlum olub ki, Britaniya vətəndaşlığı olan Teymur anasının iddiasından sonra Rusiyaya qaçıb. Qadın iddia edirdi ki, boşanma prosesi zamanı oğlu əmlak bölgüsündə onun payına düşəcək pulları gizlətməkdə atasına kömək edib.

Teymur Əhmədov isə keçən ilin sonunda danışırdı ki, tələbə olarkən atası tərəfindən hədiyyə olunmuş 50 milyon dolları fond bazarında riskli sövdələşmələr nəticəsində itirib. Onun sözlərinə görə, anası London İqtisadiyyat Məktəbində oxuyarkən onun 50 milyon dollar itirdiyini bilirdi.

Tarix
2021.04.21 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla