Yuxarı

Dünya Türkləri İş Adamları Dərnəyi yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Türkləri İş Adamları Dərnəyi yaradıldı

Türkiyənin Ankara şəhərində Dünya Türkləri İş Adamları Dərnəyi (DTÜRK) yaradılıb.

Axar.az xəbər verir ki, quruma iş adamı Gencehan Tunay rəhbərlik edəcək.

Məlumata əsasən, dərnəyin yaradılmasında məqsəd 350 milyonluq türk dünyasını yeni dünyada inkişaf etdirmək və iş birliyini inkişaf etdirərək iqtisadi bazaya çevirməkdir.

İş adamı Gencehan Tunay başçılığında qurulan DTÜRK müasir ümumbəşəri dəyərlər çərçivəsində Türkiyə, Türk dünyası və digər ölkələrin iş adamları ilə əməkdaşlıq etməyi hədəfləyir.

Dünya Türkləri İş Adamları Dərnəyinin prezidenti Gencehan Tunay qurumun məqsəd və vəzifələrini belə izah edib:

"Türk dünyasının tarixi və mədəni təcrübələrindən maksimum dərəcədə istifadə edərək türkdilli ölkələr və əlaqəli icmalar arasında çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək və birləşdirmək, əməkdaşlıq şurası yaratmaq.

Müasir ümumbəşəri dəyərlərə hörmət edərək, xüsusən də Türk dünyasında və digər ölkələrdə Türkiyənin iş adamları ilə əməkdaşlıq həmrəyliyini inkişaf etdirmək.

Ölkəmizin iqtisadi və sosial inkişafında regional və sahə potensialından ən yaxşı şəkildə istifadə edərək texnologiya və yenilik imkanlarını qiymətləndirərək milli iqtisadi siyasət və regional davamlı inkişafın formalaşmasına töhfə verməyi hədəfləyirik".

Tarix
2021.05.02 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

Putinlə Ərdoğanın danışığı hamını şoka saldı

Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla