Yuxarı

Bu gün ikinci Qədr gecəsidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.

Axar.az xəbər verir ki, ikinci Qədr gecəsi mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının üçüncü Qədr gecəsi mayın 5-də və sonuncusu isə mayın 9-da olacaq. Mayın 1-dən 2-nə keçən gecə isə Ramazan ayının ilk Qədr gecəsi keçirilib.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.

Xatırladaq ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb.

Tarix
2021.05.03 / 10:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla