Yuxarı

Problemli kreditlər artdı, əmanətlər azaldı – Həyəcan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Problemli kreditlər artdı, əmanətlər azaldı – Həyəcan

2021-ci ilin birinci rübünün yekunlarında bank sektorunun bir sıra aparıcı göstəricilərində neqativ dəyişmə qeydə alınıb. Bu ilin ilk rübündə problemli kreditlərin həcmində artımlar davam edib. Mərkəzi Bankın məlumatına görə, vaxtı keçmiş kreditlərin həcmi ötən ilin son ayında 893,1 milyon manat idisə, bu göstərici bu ilin yanvarında 900,4 milyon, fevralda 917,5 milyon və nəhayət, mart ayının yekunlarında 918,2 milyon manata çatıb. Bu o deməkdir ki, bir rüb ərzində bank sektorunda problemli kreditlərin həcmi 25 milyon manatdan çox artıb.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

V.Bayramovun sözlərinə görə, bu müddətdə depozitlərdə də azalma müşahidə edilib:

“Mərkəzi Bankın məlumatına görə, fiziki şəxslərin əmanətləri bu ilin mart ayında əvvəlki aya nisbətən 232 milyon manat azalıb. Belə ki, fevral ayında vətəndaşların banklardakı əmanətləri 8 milyard 379 milyon manat olsa da, bir ay sonra bu göstərici 8 milyard 147 milyon manata düşüb.

Mərkəzi Bankın beynəlxalq ehtiyatları da bu ilin mart ayında əvvəlki aya nisbətən azalıb. Belə ki, bu il fevral ayında 6 milyard 367 milyon dollar olan ehtiyatlar azalaraq 6 milyard 356 milyon dollara düşüb.

Rəsmi göstəricilər təsdiq edir ki, bank sektorunda islahatların dərinləşdirilməsinə ehtiyac var. Mərkəzi Bank bank sektorunda rəqabəti gücləndirməklə kreditlər fazilərin azalmasına, depozit və kredit siyasətləri arasındakı mütənasibliyin möhkəmləndirilməsinə nail ola bilər. Bu, passiv vəsaitlərin banklara cəlb edilməsi və kredit şərtlərinin yumşalmasına gətirib çıxara bilər. Eyni zamanda, valyuta bazarının liberallaşdırılması istiqamətində də tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

Tarix
2021.05.04 / 11:27
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Paşinyan Əliyevlə görüşündən danışdı

Prezident Mariyana Kuyundziçi qəbul etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla