Yuxarı

20 min abonentin qaz təchizatı yaxşılaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 min abonentin qaz təchizatı yaxşılaşdırılır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi tərəfindən 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində daha 20 min abonentin qaz təchizatı yaxşılaşdırılır.

“Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, Yasamal rayonunun M.Həmidov küçəsində istismar müddəti başa çatmış polad boru ilə çəkilmiş qaz xətti diametri 400 mm olan polietilen boru ilə əvəzlənib.

Son mərhələ olaraq mayın 4-də M.Həmidov, H.Zərdabi küçələrinin kəsişməsində yeraltı qaz xəttinin mövcud qaz şəbəkəsinə qoşulması işləri həyata keçirilib. Üç qaz paylayıcı məntəqədən gələn daşıyıcı xətlər bir nöqtədə birləşdirilir, hər xəttin üzərində müxtəlif diametrli siyirtmələr quraşdırılır. Bu da abonentlərin təbii qaza olan tələbatını fasiləsiz və təhlükəsiz şəkildə təmin etmək, hər hansı qəza, təmir-tikinti zamanı qaz təchizatında uzunmüddətli fasilə yaranmaması məqsədilə həyata keçirilir.

Qeyd edək ki, yeni qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar olaraq bu gün səhər saatlarından Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 2-ci Alatava, Şərifzadə, V.Əliyev, X.Mustafayev, D.Bünyadzadə, R.Tağıyev, Ü.Ələkbərov, İ.Zülalov, X.Dadaşov və Xiyabani küçələrində qazın verilişində müvəqqəti fasilə yaranıb. Günün sonunadək qaz təchizatı bərpa olunacaq.

Tarix
2021.05.04 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

Azərbaycan Ermənistana 887 ton dizel göndərdi

İslamabadda kim güzəştə gedəcək: İran, yoxsa ABŞ?

İlham Əliyev Tiflisdə xatirə kitabına nələr yazıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla