Yuxarı

Bu gülünc qadağanı kim aradan qaldıracaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gülünc qadağanı kim aradan qaldıracaq?

Xalq şairi Sabir Rüstəmxanlı dağətəyi rayonlarda sel fəlakətlərinin yaratdığı problemlərlə bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, o, yay aylarında kiçik arxlara çevrilən dağ çaylarının leysan yağışları və qarın əriməsi nəticəsində məcrasından çıxaraq yüzlərlə metr əraziyə yayıldığını, evlərə, yollara, əkin sahələrinə və bağlara ciddi ziyan vurduğunu bildirib.

Xalq şairinin sözlərinə görə, bunun əsas səbəblərindən biri çay yataqlarının illər ərzində daş, qum və çınqılla dolaraq dayazlaşmasıdır.

Onun fikrincə, sel təhlükəsinin qarşısını almaq üçün çay yataqları ilboyu nəzarətdə saxlanılmalı, selin gətirdiyi daş və çınqıl mütəmadi təmizlənməlidir.

Sabir Rüstəmxanlı qeyd edib ki, yerli əhalinin çay yataqlarındakı təbii tikinti materiallarından istifadə etməsinə icazə verilmir:

“Vaxtilə Balakənin, Zaqatalanın, Qaxın bütün gözəl evləri bu çay daşından tikilirdi. Dövlət müəssisələri, tikinti şirkətləri on illər boyu daşısa da, bu daş-çınqıl tükənməz. Bəs onda əhali əlinin altındakı bu tikinti materialından niyə məhrum olmalıdır?

Nəticədə çay yataqları daş və çınqılla dolu qalır, növbəti sel isə daha geniş əraziləri dağıdır. Bununla yanaşı, sel nəticəsində zərər çəkmiş sakinlərə ev və hasarlarını bərpa etmək üçün belə çaydan bir maşın qum və ya çınqıl götürməyə icazə verilmir.

Kənardan gələn şirkətlər daşıya bilər, yerli camaat toxuna bilməz. Ekoloji xeyir verməkdənsə, ekoloji ziyan vuran bu gülünc qadağanı kim aradan qaldıracaq?!”

Tarix
2026.07.11 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla