Yuxarı

Xidmət rəisi təyin olunan Eynullayevin tərcümeyi-halı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xidmət rəisi təyin olunan Eynullayevin tərcümeyi-halı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mətin Balasən oğlu Eynullayevi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edib.

Axar.az xəbər verir ki, M.Eynullayev 1975-ci il martın 22-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 1997-ci ildə bitirib.

“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiəsi Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

2013-2016-cı illərdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində işləyib. 2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2017-ci ilin 11 yanvarında təhsil nazirinin müavini, 2018-ci ilin 17 yanvarında vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.

M.Eynullayev bu təyinatadək Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisinin səlahiyyətlərini icra edirdi. O, dövlət qulluğunun kiçik müşaviridir.

Ailəlidir, 2 övladı var.

Tarix
2021.05.06 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla