Yuxarı

Azay Quliyev Qazaxıstan səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azay Quliyev Qazaxıstan səfiri ilə görüşdü

Mayın 6-da Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və qurumun İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkərimov ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, Serjan Abdıkərimov 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. Qeyd edib ki, Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Ölkələrimiz arasında tarixən formalaşmış ortaq dəyərlərdən bəhs edən Serjan Abdıkərimov hazırda bölgənin lider ölkəsi olan Azərbaycanla hərtərəfli əməkdaşlığı genişləndirmək istədiklərini bildirib. Parlamentlərarası əlaqələrə çox böyük əhəmiyyət verdiklərini qeyd edib, ATƏT PA çərçivəsində, eləcə də digər beynəlxalq qurumlarda Azərbaycanın mövqeyini həmişə dəstəklədiklərini deyib.

Görüşdə Azay Quliyev ATƏT PA çərçivəsində və digər beynəlxalq qurumlarda Azərbaycan və Qazaxıstan parlament nümayəndə heyətlərinin əməkdaşlığından söz açıb. Bölgəmizdə həyata keçirilən qlobal layihələrdən bəhs edib. İşğaldan azad olunmuş torpaqlarda aparılan minalardan təmizləmə işlərinə diqqət yönəldib. Bildirib ki, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi üçün beynəlxalq qurumlar Ermənistana təzyiq göstərməlidir.

İşğaldan azad olunmuş ərazilərdə gördüklərindən dəhşətə gəldiyini, o torpaqlarda ermənilərin əsl barbarlıq törətdiyini bildirən Qazaxıstan səfiri deyib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi müharibə cinayətidir.

Söhbət zamanı ikitərəfli müstəvidə və çoxtərəfli platformalarda, o cümlədən TÜRKPA, Türk Şurası, TÜRKSOY, TRASECA, müxtəlif parlamentlərarası təşkilatlar və digər qurumlar çərçivəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Tarix
2021.05.06 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla