Yuxarı

“Dostluq” parkını satan şəxs həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dostluq” parkını satan şəxs həbs edildi

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisinin qanunsuz torpaq alqı-satqısı həyata keçirməkdə şübhəli bilinən iş adamı saxlanılıb.

"Report" xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu tutularaq istintaqa cəlb edilib. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.

T.Hüseynovun hüquqi nümayəndələri onun barəsində Xətai Rayon Məhkəməsində çıxarılan həbs qətimkan qərarının dəyişdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər.

Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən ay keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların söküntüsünə başlanılıb.

Tarix
2015.06.19 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla