Yuxarı

Türk Hava Yolları Gəncəyə uçuşları bərpa etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Hava Yolları şirkəti İstanbuldan Gəncə və Naxçıvana uçuşları bərpa edib.

Axar.az xəbər verir ki, Türk Hava Yolları şirkətinə məxsus təyyarə bu gün səhər saatlarında Gəncə Beynəlxalq Hava Limanında qarşılanıb.

Qarşılanma mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk və Türk Hava Yollarının Gəncədəki nümayəndəsi Cabir Peçe iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev İstanbul-Gəncə-Naxçıvan reysinin 14 aylıq vasilədən sonra bərpa olunması münasibətilə Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk və Türk Hava Yollarının nümayəndələrinə şəhər rəhbəri Niyazi Bayramovun təbriklərini çatdırıb. O bildirib ki, Gəncənin yerləşdiyi coğrafi mövqe olduqca əlverişlidir.

Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması və ümumilikdə qərb bölgəsinin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn turistlərin sayına müsbət təsir edəcək. Sözügedən reys sadəcə Gəncəyə yox, ətraf ərazilərə səfər edəcək olan turistlərin də işini asanlaşdıracaq.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Türkiyə-Azərbaycan əlaqələri daim genişlənir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizasız şəkildə səyahət edə bilərlər. İstanbul-Gəncə-Naxçıvan reysi Azərbaycan vətəndaşlarının Türkiyəyə, Türkiyədən də dünyaya çıxışını təmin edəcək.

Qeyd edək ki, İstanbul-Gəncə-Naxçıvan reysi həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək. Uçuşlar pandemiya qaydalarına riayət olunmaqla təşkil ediləcək.

Tarix
2021.05.15 / 12:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla