Yuxarı

DİN polis serjantını qanunsuz olaraq cəzalandırıb? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN polis serjantını qanunsuz olaraq cəzalandırıb? - Rəsmi

Daxili İşlər Nazirliyindən (DİN) Sumqayıt Şəhər Polis İdarəsində çalışan övladına qarşı qanunsuz intizam tənbeh tədbirləri görülməsi barədə vətəndaşın sosial şəbəkələrdə paylaşdığı iddialarına münasibət bildirib.

Axar.az xəbər verir ki, bu barədə danışan DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev polis serjantı Nahid Razimlinin atasının iddialarının əsassız olduğunu, həqiqəti əks etdirmədiyini deyib.

"Atanın övladının hansı əmələ görə cəzlandırılmasından məlumatlı olmasına baxmayaraq, əsassız və qərəzli fikirlər səsləndirməsi anlaşılmır. Atanın iddialarının bütün təfərrüatları tam və hər hərtərəfli araşdırılıb.

N.Razimlinin xidməti fəaliyyəti yoxlanılan zaman yol verdiyi nöqsanlara görə, ona cari ilin mart ayında "xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam tənbehi elan edilib. Lakin o, xidmətində heç bir dönüş yaratmayıb və tam fəaliyyətsiz olması ilə bağlı barəsində aparılan xidməti araşdırmalar bunu sübuta yetirib. Bununla əlaqədar ona dəfələrlə iradlar bildirilsə də nəticə çıxarmayıb, əməliyyat-axtarış fəaliyyətində məxfiçilik rejimini pozaraq, ciddi qanun pozuntularına yol verib", - DİN rəsmisi qeyd edib.

E.Hacıyev vurğulayıb ki, cari ilin may ayının əvvəlində N.Razimlinin atası Natiq İsmayılov Sumqayıt şəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən də qəbul edilməklə övladının yol verdiyi nöqsanlar barədə məlumatlandırılıb:

"Polis rəisi ilə yanaşı, digər rəhbər vəzifəli şəxslə birlikdə qəbul edilən vətəndaşdan pul tələb edilməsi isə tamamilə cəfəngiyyat olmaqla yanaşı, faktsız və sübutsuzdur".

Tarix
2021.05.17 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

Antitürk ideologiyasının ən vacib fiquru öldürüldü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla