Yuxarı

Komitə sədri bu şəhidlərin ailələri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə sədri bu şəhidlərin ailələri ilə görüşdü

Milli Məclisin üzvü, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ramazan bayramı günlərində Tovuz rayonunun Aşağı Quşçu və Dondar Quşçu kəndindən olan şəhidlərin ailə üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Aşağı Quşçu kənd sakinləri – “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Rəcəb Nazim oğlu Hüseynovun (03.01.1994, Aşağı Quşçu, Tovuz – 09.11.2020, Şuşa), “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elvin Mehman oğlu Qurbanlının (02.02.1999, Aşağı Quşçu, Tovuz – 01.10.2020, Kəlbəcər), “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elburus İlyas oğlu Verdiyevin (01.05.1993, Aşağı Quşçu, Tovuz – 26.10.2020, Füzuli), “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Füzuli Bahadur oğlu Süleymanovun (20.02.1992, Aşağı Quşçu, Tovuz – 30.09.2020, Tərtər), “Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Həsrət Vahid oğlu Ələsgərovun (08.02.2001, Aşağı Quşçu, Tovuz – 08.10.2020, Tərtər), “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif edilmiş şəhid Atəş Yusif oğlu Aslanovun (01.04.1993, Aşağı Quşçu (Məşədivəlilər), Tovuz – 25.10.2020, Füzuli), Dondar Quşçu kənd sakinləri - “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmiş Ruslan Şaxsəddin oğlu Quliyev (20.11.1984, Dondar Quşçu, Tovuz – 11.10.2020, Kəlbəcər), “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid çavuş Əmrah Ürfət oğlu Əliyev (04.07.1997, Tovuz – 08.11.2020, Xocavənd) və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Hüseyn Həbib oğlu Quluyevin (26.06.2002, Ağbaşlar, Tovuz – 25.10.2020, Füzuli) ailə üzvləri iştirak edib.

Şəhid ailəsi üzvlərini dinləyən Q.Paşayeva fədakar Vətən oğullarının həyat və döyüş yolu ilə yaxından maraqlanıb, ailələrin qayğılarını öyrənib, öz ürək sözlərini bölüşüb və onları Ramazan bayramı münasibəti ilə təbrik edib.

Komitə sədrinin şəhid ailələri ilə görüşündə Tovuz rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.

Şəhid ailələrinə Komitə və “Nəfəs” İB adından yazılmış məktublar, eləcə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edilib.

Tarix
2021.05.17 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla