Yuxarı

Vasif Talıbov Zakari Qrosla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vasif Talıbov Zakari Qrosla görüşdü

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Ali Məclisin sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələri diqqətə çatdırıb. Muxtar respublikanın 23 məktəbində fransız dilinin tədris olunduğunu bildirən Ali Məclisin sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən Naxçıvanda aparılan tədqiqatlardan bəhs edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətəni Naxçıvana səfərindən məmnunluğunu bildirən Zakari Qros səmimi qəbula görə minnətdarlıq edib. Səfir ölkələrimiz arasındakı münasibətlərin uzaq keçmişə dayandığını bildirib, Fransanın Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin əhəmiyyətini vurğulayıb.

Tarix
2021.05.18 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla