Yuxarı

Vətəndaşlar nazirdən nələr istədi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətəndaşlar nazirdən nələr istədi?

Nazir Səlim Müslümov Qəbələdə 6 rayonun sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir Qəbələ rayonunda bu rayonun və Şəki, Oğuz, Balakən, Zaqatala, Qax rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

"Açıq qapı" şəraitində keçən qəbul zamanı vətəndaşlar əsasən dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təmin olunma, bərpa-müalicəsinə köməklik edilməsi, məşğulluğun təminatı, sosial xidmət müəssisəsinə qəbul edilmə, istehsalat xəsarətinə görə müavinətin təyin olunması, əmək hüquqlarının müdafiəsi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunma və digər məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciət nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə diqqətlə araşdırılaraq cavablandırılıb.

S.Müslümovun tapşırığı əsasında bir sıra müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində həllini tapması, ayrı-ayrı vətəndaşların bərpa-müalicəsinə köməklik göstərilməsi, lazımi reabilitasiya avadanlıqları, əlilliyi olan şəxslərin sanator-kurort yollayışı ilə təmin olunması və s. barədə tapşırıqlar verilib.

Qəbul zamanı iş yeri ilə təmin edilmək üçün müraciət edən şəxslərin məşğulluğunun təminatına yerindəcə köməklik göstərilib. Ünvanlı sosial yardım və əlillik təyinatı ilə bağlı müraciətlər azlıq təşkil edib və həmin müraciətlərin obyektiv araşdırılaraq konkret tədbirlər görülməsi tapşırılıb. Bir sıra müraciətlər nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı olduğundan onlar müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Tarix
2015.06.25 / 12:26
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla