Yuxarı

Azərbaycan-Rusiya sərhədində avtomobillər niyə saxlanılıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-Rusiya sərhədində avtomobillər niyə saxlanılıb?

Bu gün sosial şəbəklərdə Rusiya Federasiyasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə digər qonşu ölkələrə getmək istəyən bir neçə boş yük və yüngül minik nəqliyyat vasitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda saxlanılması və ölkəyə buraxılmamasına dair iddiaların yer aldığı videogörüntülər yayımlanıb. Rusiya-Azərbaycan sərhədindəki neytral ərazidə dayanan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən çəkilərək yayımlanan videogörüntülərdə nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən qanunsuz olaraq buraxılmadığı iddia olunur.

Bu barədə Dövlət Gömrük Komitəsindən Axar.az-a bildirilib ki, həmin nəqliyyat vasitələri gömrük sərhədindən Azərbaycan Respublikasının ərazisinə daxil olmaq istəyərkən həyata keçirilən pasport nəzarəti zamanı sürücülərin quru sərhədləri vasitəsilə ölkəyə gəlmək üçün müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib. Belə ki, mövcud pandemiya şəraiti ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əsasən quru sərhədindən yalnız bu qurum tərəfindən verilən icazə sənədi əsasında və ya qanunvericilikdə müəyyən olunan hallarda keçmək mümkündür. Araşdırma zamanı həmin nəqliyyat vasitələrinin iddia edildiyi üzrə beynəlxalq yükdaşımalarla məşğul olduqlarına dair müvafiq sənədlərə malik olmadığı da üzə çıxıb.

Üstəlik həmin şəxslərin nəqliyyat vasitələrini Azərbaycan Respublikasında rəsmiləşdirmək məqsədilə ölkəyə gətirdikləri müəyyən edilib ki, bu halda da dövlət sərhədini keçmək üçün rəsmi qurumların icazəsi tələb olunur

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tətbiq edilən qaydalara əsasən gömrük sərhədini quru yolu ilə keçmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən xüsusi icazə sənədinin sərhəddə fəaliyyət göstərən qurumlara təqdim olunması mütləqdir.

Tarix
2021.06.02 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, regionda gərginliyin artmasına xidmət edir - Kulubayev

Kobaxidze Əliyevə zəng etdi, hücumu pislədi

Naxçıvana hücum: Azərbaycanın "günahı" odur ki... - Edi Rama

Mirziyayev İlham Əliyevə zəng etdi

Fransa XİN bəyanat yaydı: Naxçıvana hücum...

Bu hücumu qətiyyətlə pisləyirik - Latviya prezidenti

BƏƏ prezidenti də Əliyevə zəng etdi

Tokayev İranın Naxçıvana hücumunu pislədi

Pakistan bu hücumdan dərin narahatdır - Nazir

Əliyevin bu sözləri Güneydə rezonans yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla