Yuxarı

Gömrük Akademiyasına beynəlxalq sertifikat təqdim olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrük Akademiyasına beynəlxalq sertifikat təqdim olundu

Dövlət Gömrük Komitəsinin Akademiyasına təhsildə və idarəetmədə keyfiyyət standartının yüksəldilməsi ilə bağlı növbəti uğura imza ataraq əldə etdiyi "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikat təqdim olundu.

Axar.az xəbər verir ki, Türk Standartları İnstitutu tərəfindən 2021-ci ilin yanvar ayında bütün strukturlarda aparılan audit nəticəsində Akademiyanın "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq standartın tələblərini tam olaraq ödədiyi müəyyən edilib və prosesin yekununda Dövlət Gömrük Komitəsinin Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülüb.

Beynəlxalq sertifikatın təqdim olunması ilə bağlı keçirilən tədbirdə Akademiyanın rəisi Qulu Novruzov bu münasibətlə kollektivi təbrik edib. O, Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıqdan söz açaraq bu əməkdaşlığın davam etdiriləcəyini bildirib. Akademiya rəisi deyib ki, Türk Standartları İnstitutu tərəfindən "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülən Gömrük Akademiyası Azərbaycanda bu statusu alan 3-cü ali təhsil müəssisəsidir. Gömrük Akademiyası kadr hazırlığında keyfiyyət standartının yüksəldilməsi üçün ali təhsil sahəsində dünyada mövcud olan ən qabaqcıl təlim texnologiyaları və innovasiyaların tətbiqini başlıca hədəf kimi müəyyənləşdirib.

Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu Akademiyanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirib, ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edib.

Qeyd edək ki, iki il öncə Akademiya ilə Türk Standartları İnstitutu arasında Akademiyada beynəlxalq standartlar sisteminin qurulması, beynəlxalq təhsil məkanına inteqrasiya, təhsil sahəsində beynəlxalq layihələrə qoşulma, təhsilin keyfiyyəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin ISO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə müqavilə imzalanıb. Müqavilə çərçivəsində Akademiyada Beynəlxalq Standartlar Sisteminin tətbiqi, təhsilin və idarəetmənin ISO standartlarının tələblərinə uyğun səviyyədə təşkil edilməsi məqsədilə struktur bölmələrin əməkdaşları üçün təlimlər keçirilib. Türk Standartları İnstitutunun baş katibinin müşaviri, TS EN ISO 9001 - Keyfiyyəti İdarəetmə Sistemi üzrə baş auditor Arif Qani tərəfindən aparılan təlimləri uğurla başa vuran Akademiya əməkdaşlarına müvafiq sertifikatlar verilib.

Tarix
2021.06.09 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla