Yuxarı

Ukrayna-Azərbaycan əməkdaşlığı müzakirə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna-Azərbaycan əməkdaşlığı müzakirə edildi

“Ukrinform” informasiya agentliyinin təşkilatçılığı ilə “Ukrayna-Azərbaycan:əməkdaşlıq perspektivləri” mövzusunda "dəyirmi masa" keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Ukrayna və Azərbaycan arasında iqtisadi, siyasi, eləcə də informasiya mübadiləsi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu "dəyirmi masa"da Komitənin şöbə müdiri Ruslan Quliyev və əməkdaşı Teymur Atayev iştirak edib. "Dəyirmi masa"da hər iki ölkə təmsilçiləri gələcəkdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni təkliflər səsləndiriblər.

Görüşdə birgə informasiya platformasının yaradılmasının hər iki ölkə üçün səmərəli olacağı vurğulanıb. "Dəyirmi masa" iştirakçılarını salamlayan Komitə rəsmisi 44 günlük Vətən müharibəsi dövründə rəsmi Kiyevin sərgilədiyi ədalətli mövqeyə görə dost xalqın nümayəndələrinə bir daha təşəkkür edib. O, qeyd edib ki, Azərbaycan tərəfi də öz növbəsində hər zaman Ukraynanı dəstəkləyir və Ukrayna ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirir.

Ukrayna Ali Radasının deputatları Maryan Zablotski, Lüdmila Marçrenko, Milli Məclisin deputatı Rüfət Quliyev, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov görüşdə iştirak edib və iki ölkə arasında əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər.

Tarix
2021.06.10 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla