Yuxarı

Ölümü nə üçün arzulamaq olmaz? - Şəriət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölümü nə üçün arzulamaq olmaz? - Şəriət

İnsan ölümü arzulaya bilərmi? Dinimizin nəzərinə görə, bir insanın özünə ölümü arzu etməsi kərahət (şəriətin icazə verdiyi, lakin icrası mümkün qədər məsləhət görülməyən hərəkət) məsələsidir. Çünki həyat - Allahın ən böyük nemətlərindən hesab olunur. Məsumlarımız (ə) buyurur: "Ölümü arzu etməyin, bəlkə həyatı arzu edin. Ancaq o həyat ki, orada ehsan və yaxşılıq olar".

Axar.az xəbər verir ki, Həzrət Peyğəmbər (s) buyurur:

"Ölümü arzu etməyin, çünki ölüm əməli bitirər. İnsan artıq dünyaya qayıda və yerinə yetirmədiyi işləri yerinə yetirə bilməz".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Sizlərdən heç biriniz ölümü arzu etməsin. Çünki bilmir ki, göndərdiyi şey nədir".

Biz bilmirik ki, behişt əhlindənik, yoxsa cəhənnəm. İmam Əli (ə) Haris Həmədaniyə buyurur: "Ölümü və ölümdən sonra baş verənləri çoxlu yada sal. Ancaq ölümü arzu etmə, məgər o halda ki, möhkəm şərtin olsun və bu şərt adətən hasil olmaz".

Bir nəfər İmam Sadiqin (ə) yanında ölümü arzu edirdi və imam (ə) ona buyurur: "Həyatı arzu et ki, itaət edəsən və günah etməyəsən. Əgər sağ olsan və itaət etsən - sənin üçün daha yaxşıdır, nəinki öləsən nə günah edəsən, nə də itaət".

Əgər insan həyatı arzu etsə və itaət edərək yaşasa, onun üçün ölməkdən daha yaxşıdır.

Hədislərimiz buyurur ki, şəhadəti arzu etmək başqa bir şeydir. Bu, ölümü arzu etmək deyildir. Hədislərimiz məsləhət görür ki, dua edən zaman şəhadəti dua edəsən. Çünki şəhadət yataqda ölməkdən və ani ölümdan daha yaxşıdır.

Ramazan ayında etdiyimiz duaların çoxunda deyirik: "Allahım! Mənim ölümümü Sənin yolunda şəhadət qərar ver. Vəfatımın növünü yolunda qətl olunmaq qərarı ver".

Ölümün tezləşməsini də dua etmək məsləhət görülmür, ancaq ölümün növünü dua edə bilərsiniz.

Tarix
2021.06.14 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla