Yuxarı

Daha bir məmur karantində oğluna toy etdi - DİN təsdiqlədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir məmur karantində oğluna toy etdi - DİN təsdiqlədi

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyevin ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək, oğluna toy məclisi təşkil etməsi ilə bağlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, məlumatda toy mərasiminin iyunun 13-də Qazaxda M.Alıyevin həyətində təşkil olunduğu bildirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov saytımıza açıqlamasında həmin toyun bir ay əvvəl keçirildiyini bildirib.

“Saytlar iddia edirlər ki, toy məclisi iyunun 13-də baş tutub. Halbuki toy bir ay əvvəl olub”.

Ehsan Zahidov toy sahibinin karantin qaydalarını pozduğu üçün cərimə olunub-olunmaması ilə bağlı sualımızı isə cavabsız qoyub.

Qeyd edək ki, Məmməd Alıyevin yeni evlənən oğlu Elnur Alıyev bir neçə aydır Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində polis zabiti kimi işləməyə başlayıb.

Tarix
2021.06.16 / 14:33
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla