Yuxarı

3 nazirlik müraciət yaydı: Bu, yanğın ehtimalını artırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 nazirlik müraciət yaydı: Bu, yanğın ehtimalını artırır

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri birgə müraciət yayıb.

Axar.az müraciətin mətnini təqdim edir:

“Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür.

Ölkə ərazisində yanğın hadisələrinin baş verməməsi üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri fermerlərə, bələdiyyə və icra orqanları nümayəndələrinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara, ümumilikdə əhaliyə müraciət edir ki, əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, biçindən sonra sahələrə od vurmasınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Çünki cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olar, meşə sahələrinin, flora və faunanın məhvi ilə nəticələnər.

Aparılan təhlillər göstərir ki, meşə sahələrində baş vermiş yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən vətəndaşların, biçindən sonra sahələrə od vuran fermerlərin, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsızlığından baş verir.

Qeyd edək ki, isti yay günlərinin və taxıl biçini mövsümünün başlaması, eyni zamanda insanların təbiət qoynuna üz tutması yanğınların başvermə ehtimalını artırır. Yanğın hadisələrinin baş verməməsi üçün hər kəsi bir daha yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırırıq”, - müraciətdə bildirilib.

Tarix
2021.06.16 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla