Yuxarı

“Nar” “Doğma jest dili” layihəsini davam etdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” “Doğma jest dili” layihəsini davam etdirir

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “Nar”ın maliyyə dəstəyi ilə veb-saytın hazırlanması işləri davam etdirilir.

Axar.az xəbər verir ki, 3 aydan artıq davam edən hazırlıq müddətində 3000-dən çox söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, şəkilləri və videoları sayta yerləşdirilib.

“Doğma jest dili” lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyənlər üçün faydalı vəsait olacaqdır. Bundan başqa, saytın mobil versiyasının da hazırlanması nəzərdə tutulur.

Xatırladaq ki, “Karlara Dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən “Doğma jest dili” layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını xidmət edən jest dili lüğətinin hazırlanmasıdır.

Qeyd edək ki, “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyası üçün müxtəlif layihələr icra edib.

Tarix
2021.06.18 / 22:19
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla