Yuxarı

Bakı-Təl-Əviv reysləri başlayır: Bu sənədlər tələb olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 iyul tarixindən Azərbaycan Hava Yolları aviaşirkəti Bakı – Təl-Əviv – Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirəcək.

Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qeyd olunan marşrut üzrə uçuşlar hər həftənin bazar günləri olacaq.

Biletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, İsrail vətəndaşları 21 iyun tarixindən etibarən aşağıdakı sənədləri təqdim etdikdə Azərbaycana səyahət edə bilərlər:

- tam peyvənd olunmaları barədə sertifikat (COVİD-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə sertifikat;

- həmçinin uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVİD-19-a dair PCR testinin neqativ nəticəsi barədə arayış.

18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava yolu ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər, bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.

Bu istiqamət üzrə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə İsrail ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-israel.

Azərbaycanda COVİD-19-a dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib.

Sərnişin Təl-Əvivdən Bakıya səyahət etdiyi zaman COVİD-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş klinika və ya laboratoriyalardan hər hansı birində verə bilər. PCR testinin neqativ nəticəsi barədə arayışda onun həqiqiliyini təsdir edən QR-kodunun olması arzu ediləndir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyətlərdən daha sürətli keçməyə kömək edəcək.

Qeyd olunan marşrutun sərnişinləri COVİD-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Tarix
2021.06.20 / 12:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla