Yuxarı

Vaksinasiya ilə bağlı təbliğat kampaniyası davam edir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaksinasiya ilə bağlı təbliğat kampaniyası davam edir - Video

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir.

Axar.az xəbər verir ki, qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə — vaksinasiyaya yönəltməkdir.

Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVİD-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.

Kampaniya çərçivəsində paylaşılan sosial media məzmunu peyvənd haqda dolaşan yanlış fikirlərə aydınlıq gətirmək məqsədilə hazırlanmışdır. Burada şərti obrazlar doğru və yanlışı təcəssüm etdirirdilər. Buna görə də onların adı müvafiq olaraq “Həqiqət” və “Əfsanə” olaraq seçilmişdir. Vaksinasiya ətrafında gedən söhbətləri sadə və yaradıcı yolla izah edə bilmək əsas hədəf kimi düşünülmüşdür.

Qeyd etmək yerinə düşər ki, bu məzmun “Peyvənd olunaq — darıxdığımız həyatı qaytaraq” şüarı altında həyata keçirilən təbliğat kampaniyasının bir hissəsi idi.

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılmışdır.

Tarix
2021.06.21 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi

Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov

Bakıda gündəm olan bu maşın kimindir? - Foto

Rusiyada Vidadi Mustafayev saxlanıldı

Dəhlizlə bağlı dəyişiklik edilə bilər - Xandanyan

Azərbaycan Ordusunun sabiq xidmət rəisinin cəzası bəlli oldu

Hərbi vəzifəlilərlə təlim toplanışı keçirildi - Video

Türkiyənin Gültəkini Azərbaycana verməsi... - Əliyev

Bakının tələbini qəbul etməyə məcbur olduq - Badalyan

Azərbaycan o səhifəni tamamilə bağlayıb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla