Yuxarı

Nazir müavini AzTV-də merə çağırış etdi: Necə xilas edək? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavini AzTV-də merə çağırış etdi: Necə xilas edək? - Video

Yasamal rayonunda iki gün öncə baş verən yanğın zamanı yaşananlar AzTV-nin bu gün efirə gedən “Çıxışa doğru” verilişində müzakirəyə çevrilib.

Axar.az xəbər verir ki, verilişin qonaqları millət vəkili Sadiq Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev olub.

Ümumilikdə yanğın təhlükəsizliyi, son günlər baş verən yanğınların sayının artması, o cümlədən FHN-in gördüyü işdən danışılıb.

Yasamalda FHN yanğınsöndürənlərinin yanğın ərazisinə yaxınlaşa bilməməsi, su anbarından su götürə bilməməsinin səbəblərinə toxunan E.Mirzəyev bunu binaların çox sıx tikilməsi ilə əlaqələndirib:

“İki gün öncə Əsəd Əhmədov küçəsində, axşam 20-21 radələrində yanğın baş vermişdi. Mətbuat və blogerlər bizə iradların bildirmişdilər və biz onlara cavab verdik. Bir daha təkrar edirəm. 6 dəqiqədən sonra bizim yanğınsğndürən maşınlarımız hadisə yerinə çatıb. Böyük yanğın deyildi, birinci çağırışla bu yanğını söndürmək olardı. Amma yanğınsöndürənlər həyətə daxil ola bilmədi. Balaca bir həyətdir, dörd tərəfdən binalarla əhatə olunub, binalar 20-21 mərtəbəlidir, maşınlar həm su deposunun yaxınlığında park edilib – su deposuna yaxınlaşa bilmirdik, su ilə gəlmiş maşınlar isə binaya yaxınlaşa bilmirdilər. Əgər yanğın ərazisində insan qalsaydı, biz onu xilas edə bilməyəcəkdik. Məcbur olub, 80 metrdən nərdivan asdıq, blokdan daxil olub, yuxarı qalxıb, su vurmağa başladıq. Bu hallar Bakıda bir çox binalarda var”.

E.Mirzəyev üzünü binaları o cür sıx tikən və həyət qoymayan MTK rəhbərlərinə, Bakı şəhər İcra Hakimiyyətinin başçısına tutub:

“Təsəvvür edin ki, o yanan binada sizin övladlarınız var və yaxud mənim övladım var. Biz onu necə xilas edəcəyik?”

Təqdim edilən videoda nazir müavininin bu çıxışına 49:40-cı dəqiqədən sonra baxa bilərsiniz.

Tarix
2021.06.23 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla