Yuxarı

Mədət Quliyev Dmitri Pantusla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mədət Quliyev Dmitri Pantusla görüşdü

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətinin iştirak etdiyi Minsk şəhərində keçirilən “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi davam edir.

Müdafiə Sənayesi Nazirliyindən Axar.az-a bildirilib ki, sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev bu gün Belarusun Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Görüş zamanı nazir son illərdə ölkəmizdə hərbi quruculuq istiqamətində aparılan irimiqyaslı islahatlar çərçivəsində Ordumuzun maddi-texniki bazasının xeyli inkişaf etdiyini, döyüş hazırlığı səviyyəsinin yüksəldiyini xüsusilə vurğulayıb.

Müdafiə Sənayesi Nazirliyinin ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradıldığını D.Pantusun diqqətinə çatdıran M.Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük zəfərdən və hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərindən söz açıb.

Görüş Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

Görüşdən məmnunluğunu bildirən D.Pantus bu cür müzakirələrin ikitərəfli hərbi əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını qeyd edərək, Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyindən əminliyini ifadə edib.

İyunun 26-dək davam edəcək sərgi çərçivəsində hərbi-texniki sahədə birgə layihələrin gerçəkləşdirilməsi məqsədilə digər iştirakçı dövlət və hökumət nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.

Tarix
2021.06.24 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla