Yuxarı

Direktordan şok təkzib: “Video yoxdur” - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktordan şok təkzib: “Video yoxdur” - Foto

"Son qərarı Təhsil Nazirliyi verəcəklər".

Bu sözləri 45 saylı orta məktəbin direktoru Nazilə Məmmədova həmin məktəbdə yaranmış məlum video qalmaqalı ilə bağlı Axar.az-a danışarkən deyib:

"Mən heç bir video görməmişəm. Təhsil Nazirliyinə əlimdə olan sübutları təqdim etmişəm. Son qərarı onlar verəcəklər. Məndə olan sübutlar arasında video yoxdur. Mənim şahidlərim var. Video olmasını Ziyafət xanım özü deyir. Səbəb video deyil".

Hadisə yerində olan əməkdaşımızın məktəbə gəlməsindən sonra həmin ərazidə polislər görünüb. Polisləri ora məktəb direktorunun çağırıb-çağırmamasını dəqiqləşdirməyə çalışdıq. Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin növbətçi hissəsindən qalmaqaldan xəbərdar olduqlarını bildirsələr də, problemlə bağlı idarəyə müraciət daxil olub-olmadığı haqda bilgi verə bilməyəcəklərini söylədilər.

Xatırladaq ki, direktor dünən "a24.az"a açıqlamasında bildirmişdi ki, məktəbin ingilis dili müəlliməsi olan 50 yaşlı Ziyafət Nəbiyeva ilə məktəbin məzunu 18 yaşlı qızın "intim yaxınlığı"nın yer aldığı 50 saniyəlik videogörüntünü hazırda Təhsil Nazirliyinə təqdim etmək üçün ora gedir: "Görüntüdə bir müəllimə yaraşmayan hərəkətlər var. İl boyu sözügedən müəllimə ilə bağlı valideynlərin təzyiqi olub məktəbə. Hansı sinifdə ki, o müəllimə dərs deyib, valideynlər gəlib deyib ki, onu sinifdən xaric edin, biz elə bir müəlliməni istəmirik".

N.Məmmədova vurğulayıb ki, əgər şagird müəlliməyə yaxınlaşıb onu öpürsə, müəllimə buna niyə icazə verir?

Məktəb direktoru vurğulayıb ki, məsələ ilə bağlı əlində kifayət qədər material var: "Valideynlər və məktəb kollektivi də bununla bağlı məlumatlıdırlar. Mənim Ziyafət Nəbiyevaya yazığım gəldiyi üçün istəyirdim başqa bir məktəbə köçürmə alsın. Amma, görünür, o bunu da istəmədi. Hesab edirəm ki, onun görüntüsü şagirdə təcəvüz kimi sırf cinayət işidir".

Müəllimə Ziyafət Nəbiyeva isə şagirdlərinin onu çox sevdiyini, o məzunun da məktəbə gələrkən sinif otağında, digər şagirdlərin yanında onu çox istədiyi üçün arxadan qucaqlayıb öpdüyünü bildirmiş və buna ayrı don verilməsindən hiddətini ifadə etmişdi.

Tarix
2015.07.01 / 17:52
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla