Yuxarı

Berdiməhəmmədov Rövnəq Abdullayevi qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berdiməhəmmədov Rövnəq Abdullayevi qəbul etdi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevi qəbul edib.

Axar.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkmənistanın iqtisadiyyat, enerji və nəqliyyat-logistika baxımından nəhəng potensiala malik olduqları və bunun strateji vacib sahələrdə məhsuldar əməkdaşlıq üçün geniş imkanlar yaratdığı vurğulanıb.

Bununla bağlı neft-qaz sənayesində tərəfdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Bu baxımdan, Xəzər dənizində yerləşən “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Yanvar ayında bu yataqla bağlı Azərbaycan və Türkmənistan arasında imzalanmış qarşılıqlı Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Hazırda bu memorandumun əsasında ikitərəfli razılaşma layihəsinin hazırlandığı qeyd edilib.

Ölkəsinin yanacaq-energetika kompleksində qabaqcıl təcrübələrin və yüksək texnologiyaların, həmçinin ən son elmi-texniki nailiyyətlərin tətbiqi məsələsinə xüsusi diqqət ayırdığını bildirən Qurbanqulu Berdiməhəmmədov bu baxımdan qabaqcıl xarici şirkətlərlə qarşılıqlı maraq kəsb edən əməkdaşlığa daim hazır olduqlarını deyib.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, öz növbəsində, Türkmənistanda neft-qaz sektorunun dinamik templərlə inkişaf etdiyini vurğulayaraq, bu sahədə böyük layihələrin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, bu, iki ölkə mütəxəssislərinin birgə məhsuldar fəaliyyəti üçün yaxşı zəmin yaradır.

Tarix
2021.06.25 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla