Yuxarı

Türkiyə nümayəndə heyəti Bakıda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizə 28 iyun – 2 iyul tarixlərini əhatə edən səfərə gəlib.

Bu barədə Axar.az-a Ombudsman Aparatından məlumat verilib.

Nümayəndə heyətinə TİHEK-in rəhbər şəxsləri, habelə Türkiyənin tanınmış universitetlərinin beynəlxalq humanitar hüquq və müharibə cinayətləri sahəsində araşdırma təcrübəsinə malik olan tədqiqatçıları daxildir.

İyunun 29-da Ombudsman Səbinə Əliyeva və Aparatın bir qrup əməkdaşı TİHEK nümayəndə heyəti ilə birgə Fəxri xiyaban, Şəhidlər xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət ediblər.

Əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib, xatirəsinə ehtiram ifadə olunub. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Səfər barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir.

Tarix
2021.06.29 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL təyyarəsinin "qara qutu"ları - Fotolar

DSX mayoruna hücum edən idmançılar həbs olundu

Azərbaycan dünən uğurlu hücum etdi - Geqamyan

Türkiyə telekanalı deputatı efirdən uzaqlaşdırdı - Putinə görə

Erməni nasizmi: Petrosyanı onlar “yetişdirmişdi”

İran XİN Zəngəzur açıqlamasını təkzib etdi - Nə baş verir?

Zirəddindən yeni proqnoz: 2025-ci ildə yeni qorxulu virus...

Ter-Petrosyan etirafında belə saxtakarlıq edir - Politoloq

Putin 1,2 trilyon pul, 5 milyon əsgər itirməlidir ki… - Kox

Petrosyanın sensasion çıxışı niyə indi yayıldı? – Nikolun qisası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla