Yuxarı

Metroda gediş haqqı artırılır? - Rəsmi cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda gediş haqqı artırılır? - Rəsmi cavab

13:50

Bakı metropolitenində gediş haqqı tariflərinin artırılması ilə bağlı mediada, həmçinin sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaydığı növbəti açıqlamada bildirilib.

Qeyd olunub ki, Bakı Metropoliteni QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti mövcud deyil:

"Bildirmək istəyirik ki, Cəmiyyət dövri olaraq, aidiyyəti dövlət qurumları qarşısında hesabatlarını, o cümlədən maliyyə hesabatlarını təqdim edir.

Həmçinin qeyd olunmalıdır ki, Bakı Metropoliteni QSC metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlara müraciət etməyib. Hazırda Bakı metropoliteni sərnişindaşıma xidməti üzrə tarifləri dəyişiklik edilmədən, 2024-cü il iyul ayının 1-dən qüvvədə olan bir gediş üçün 50 qəpik olmaqla fəaliyyətini davam etdirir.

İctimaiyyəti şayiə xarakterli məlumatlara inanmamağa, yalnız rəsmi və etibarlı mənbələrin məlumatlarına istinad etməyə çağırırıq", - deyə açıqlamada əlavə olunub.

Tarix
2025.01.07 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla