Yuxarı

Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş iftar tədbirində iştirak və çıxış edib.

Axar.az xəbər verir ki, nazir Ceyhun Bayramov çıxışında müqəddəs Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırıb, ölkəmizə və dünyamıza sülh, əmin-amanlıq arzu edib. İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksək mənəvi dəyərləri aşıladığı vurğulanıb.

Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən müxtəlif icmaların nümayəndələrinin sülh içində birgə yaşayış təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və rolundan bəhs olunub.

Azərbaycanın, sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkə olaraq, multikulturalizm və dinlərarası harmoniyanı dövlət siyasətinin əsas sütunları kimi beynəlxalq səviyyədə təşviq etdiyi xatırlanıb.

Bununla belə, bir sıra ölkələrdə İslam dininə qarşı çevrilən diskriminasiya, islamofobiya meylləri, müsəlman aləmində baş verən münaqişələr nəticəsində yaranan qeyri-stabilliyin narahatlıq doğurduğu diqqətə çatdırılıb. İslam dünyasındakı birlik və həmrəyliyin bu kimi çağırışlarla mübarizədə əhəmiyyəti vurğulanıb.

Çıxışda həmçinin Yaxın Şərqdə vəziyyətə, xüsusilə Qəzzada davam edən humanitar böhranlara diqqət çəkilib, münaqişənin sülh yolu ilə həllinin vacibliyi qeyd olunub.

Daha sonra, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun duayeni, Mərakeş Krallığının ölkəmizdəki səfiri Adil Embarş çıxış edərək, Ramazan ayı münasibətilə təbriklərini diqqətə çatdırıb.

Sonda, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Ceyhun Rüstəmov tərəfindən iftar duası oxunub, tədbir iştirakçıları üçün iftar süfrəsi açılıb.

Tarix
2026.02.24 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla