Yuxarı

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuad Oqtay və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan–Türkiyə arasında müttəfiqlik və Azərbaycan–Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də geniş bölgədə təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin, xüsusilə xarici əlaqələr komitələri arasında müntəzəm təmasların əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasının münasibətlərə əlavə təkan verdiyi məmnunluqla qeyd olunub.

Tərəflər parlamentlərlə yanaşı, xarici işlər və müdafiə nazirləri arasında üçtərəfli əməkdaşlıq formatlarının regionda sülh, sabitlik, təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə töhfə verdiyini qeyd ediblər. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, o cümlədən Orta Dəhlizin inkişafı, regional iqtisadi inteqrasiya müzakirə olunan əsas mövzular sırasında olub.

Bununla yanaşı, post-münaqişə dövründə regionda davamlı sülhün və sabitliyin təmin olunması, normallaşma prosesi və parlament diplomatiyasının bu istiqamətdə rolu barədə fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə ətrafı məlumat verib, ölkəmizin atdığı addımları və gözləntilərimizi diqqətə çatdırıb.

Tarix
2026.02.24 / 14:44
Müəllif
Axar.az
Digər xəbərlər

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla