Yuxarı

DÇ-2026-nın Meksikadakı oyunları ləğv edilir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
DÇ-2026-nın Meksikadakı oyunları ləğv edilir?

FİFA 2026-cı il Dünya Çempionatında iştirak hüququ qazanmaq üçün nəzərdə tutulan qitələrarası pley-off mərhələsinin oyunlarını Meksikadan başqa bir ölkəyə keçirməyi nəzərdən keçirir.

Axar.az "Atletik" nəşrinə istinadən xəbər verir ki, qarşılaşmaların mart ayının son günlərində keçirilməsi planlaşdırılır.

Adının açıqlanmasını istəməyən FİFA rəsmisi bildirib ki, qurum qlobal xəbər agentliklərində işıqlandırılan xaos və qarışıqlıq xəbərlərindən narahatlıq duyur. Təşkilat nümayəndələri xəbərdarlıq ediblər ki, əgər FIFA bütün iştirakçıların və maraqlı tərəflərin təhlükəsizliyini qısa müddətdə təmin edə bilməsə, pley-off görüşləri təxirə salına bilər. Bununla belə, mənbə oyunların məhz Meksikada keçiriləcəyini birbaşa təsdiqləməkdən yayınıb.

"FİFA mövcud vəziyyəti diqqətlə izləyir və səlahiyyətli orqanlarla davamlı təmasdadır. Biz ictimai təhlükəsizliyin qorunmasına və normallığın bərpasına yönəlmiş müxtəlif dövlət qurumlarının təlimatlarına əməl etməyə davam edəcəyik. Həmçinin federal, regional və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlığımızı bir daha təsdiq edirik", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, qitələrarası pley-off mərhələsində ümumilikdə altı komanda mübarizə aparacaq. Martın 26-da Yeni Kaledoniya və Yamayka yığmaları qarşılaşacaq, bu cütün qalibi isə martın 31-də Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək. Digər qrupda Boliviya və Surinam eyni tarixlərdə oynayacaq, qalib tərəf İraqla görüşəcək. Yeni Kaledoniya, Yamayka və Konqo Demokratik Respublikasının iştirakı ilə keçiriləcək oyunlar Zapopanda, Boliviya, Surinam və İraq arasındakı matçlar isə Qvadalaxarada təşkil olunmalıdır.

Xatırladaq ki, Meksikada dünyanın ən çox axtarılan narkobaronlarından biri El Menço zərərsizləşdirildikdən sonra narkokartelin üzvləri hüquq-mühafizə orqanlarına müharibə elan edib. İndiyədək onlarla təhlükəsizlik əməkdaşı və kartel üzvü ölüb.

Tarix
2026.02.24 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Turizm mərkəzləri ilə bağlı yeni qərar təsdiqləndi

Anaklaudia Rossbax Əliyevə təşəkkür məktubu göndərdi

DGK sədrinin işdən çıxartdığı Yusifovu kim əvəzləyəcək?

Ceyhun Bayramov Rəşid Meredovla görüşdü

Ermənistana Azərbaycan vasitəsilə gübrə yola salınacaq

İlham Əliyev Berdiməhəmmədovun şərəfinə ziyafət verdi

Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

AŞ-nin Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı

Azərbaycanda QHT layihələri belə maliyyələşdiriləcək

Berdiməhəmmədov İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla