Yuxarı

İnsan təması olmadan mina partlaya bilər? - ANAMA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsan təması olmadan mina partlaya bilər? - ANAMA

ANAMA-nın Monitorinq və Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Elnur Qasımovun Axar.az-a müsahibəsi:

- Elnur müəllim, son günlərdə işğaldan azad edilmiş ərazilərimizdə meşə yanğınları artıb. Dünən də Füzulidə minalanmış ərazidə meşə yanğını baş verdi. Ümumiyyətlə, insan müdaxiləsi olmadan mina və digər döyüş sursatları partlaya bilərmi?

- Bəli, mümkündür. Minalar əsasən insan və nəqliyyat vasitələrinin təsiri nəticəsində işə düşməsi üçün yaradılsa da, müxtəlif təbii amillər nəticəsində də partlaya bilir. Məsələn, minanın üzərində qurumuş ağac budağı düşəndə, müəyyən çəkidə heyvanın və ya torpaq kütləsi, daş və sair əşyalar minaya təzyiq göstərdikdə, mövsümlə əlaqədar ucalan bitki budaqlarının minanın tələ məftillərini tarım hala gətirməsi və nəticədə minanın sancağının çıxması ilə minalar partlaya bilər.

Əksər minaların daxilində sıxılmış vəziyyətdə yay (prujin) olur. Beləliklə, minaya hər hansı təzyiq olduqda və lazımi təzyiq həddi yarandıqda, yay öz ucundakı iynəni ani və sərt zərbə ilə kapsul-detonatora çırpır. Kapsul partlayışı əsas partlayıcıya ötürərək minanı partladır. Taxta gövdəli minalar çürüdükdə, plastik və rezin hissələri olan minalar illər keçdikçə deformasiya olduqda mina özbaşına partlaya bilər.

- Bəs müxtəlif növ döyüş sursatlarında insan müdaxiləsi olmadan partlayışın baş verməsi hansı hallarda mümkündür?

- Döyüşlər zamanı atılmış, lakin hər hansı qüsur nəticəsində yerə düşüb partlamamış sursatlar bir müddət sonra öz partadıcı başlığının təkrar işə düşməsi nəticəsində də partlaya bilər. Mərmilərin böyük əksəriyyəti lülədən atılan məqamlarda yaranmış ətalət nəticəsində uçduğu an döyüş vəziyyətinə gəlir. Elə partladıcı başlıqlar var ki, onlar mexaniki, pirotexnik və elektron sistemlərlə müəyyən vaxt və ya məsafə çərçivəsində işə düşür. Bəzən qüsurlu sursatlar müəyyən korroziya və temperatur dəyişikliyi nəticəsində “yarım qalmış işi” tamamlaya bilir.

- ANAMA əməkdaşları fəaliyyət zamanı belə hallarla rastlaşıblarmı?

- ANAMA öz təcrübəsində Ağstafa rayonu Saloğlu qəsəbəsində partlamış sursat anbarlarının yerləşdiyi ərazilərində dəfələrlə insan müdaxiləsinin olmadığı partlayışlarla qarşılaşıb. Parçalanmış vəziyyətdə olan sursatların həssas partlayıcı detalları isti günəş şüaları altında partlaya bilir. Bəzi barıt növləri rütubət və istilik fərqləri nəticəsində alovlana bilir. Buna rus hərbi terminologiyasında “samovosplameneniye” deyilir. Elə sursatlar var ki, onların üzərinə hətta ani kölgə salmaq olmaz, partlayar. Bu kölgəni külək nəticəsində ağac da sala bilər. Təbii ki, bütün partlayışlar zamanı alov yarandığından nəticədə ətrafda yanğınlar başlaya bilər. Partlayış işlərini icra edən mütəxəssislər detonator adlandırdığımız kapsulların partlayıcı ilə dolu olan hissələrini 2 barmaq ucu ilə tutmurlar ki, əllərinin istiliyi onu partlatmasın. Təsəvvür edin, qızmar günəş altında olan belə kapsul borucuqları necə asanlıqla partlaya bilər.

- Vətəndaşlara təhlükəsizlik tədbirləri ilə bağlı nə deyə bilərsiniz?

- Hazırda ANAMA işğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərir. Vətən müharibəsindən elə də çox vaxt keçməyib, hələ də keçmiş döyüş meydanlarında minalar, sursatlar və onların hissələri mövcuddur. Bu səbəbdən, yuxarıdakı misallara əsasən özbaşına partlayışlar istisna olunmur.

Ona görə vətəndaşlarımızdan icazəsiz şəkildə işğaldan azad olunan bölgələrə getməmələrini xahiş edirik. Çünki bu onların həyatı üçün çox böyük təhlükədir.

Tarix
2021.07.07 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla