Yuxarı

Qənirə Paşayeva Rza Deqati ilə görüşdü – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva Rza Deqati ilə görüşdü – Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ictimai xadim, fotojurnalist, Milli Coğrafiya Cəmiyyətinin məşhur fotoqrafı, Fransa vətəndaşı Rza Deqati ilə görüşüb, onu doğum günü münasibəti ilə təbrik edib.

Axar.az xəbər verir ki, Mədəniyyət Komitəsində baş tutan görüşdə Q.Paşayeva R.Deqatinin istər 90-cı illərdə, istərsə 44 günlük Vətən Müharibəsində erməni vandalizminin fotofaktlarla ifşa edilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması sahəsində xidmətlərini minnətdarlıqla vurğulayıb:

“Siz dünyanın harasında yaşayıb, çalışsaz da, doğma Azərbaycana bağlılığınızı bir an belə unutmamış, necə deyərlər, Azərbaycanla nəfəs almısız.

Siz 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti ilə əməkdaşlığa başlamısız və Cəmiyyətin bir çox layihələrini həyata keçirmisiz. Çəkdiyiniz şəkillər 25 jurnalın üz qabığı olub. Həyat yoldaşınız yazıçı Reyçel Deqati ilə birlikdə Parisdə “Webistan” Foto Agentliyinin əsasını qoymusuz (1992).

Siz 1990-cı ildə Əfqanıstanda BMT-nin məsləhətçisi olaraq, ölkənin quzey əyalətlərində yenidənqurma və yardım proqramında 9 ay fəaliyyət göstərmisiz. 1996-cı ildə, UNİSEF və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək Ruandada qaçqın şəhərciklərində şəkillər çəkməyə başlamısız. Və bu şəkillər sonradan qarışıqlıq zamanı valideynlərini itirmiş övladlara öz valideynlərini (və ya övladlarını itirmiş valideynlərə öz övladlarını) tapmağa kömək olmuşdur. Konqo Demokratik Respublikasıdan olan 12 min uşağın şəklini çəkərək onları qaçqın şəhərciklərində nümayiş etdirmisiz. Bütün bu və bənzəri çalışmalarınız içində, əlbəttə, doğma Azərbaycanda baş verən hadisələrə - özəlliklə, Qarabağın işğalına biganə qalmamış, çoxsaylı yaddaqalan fotolarınızla Ermənistanın vandalizm aktlarını dünyaya nümayiş etdirmisiz. 44 günlük Vətən Müharibəsində də öz doğma xalqınıza və sənət kredonuza sədaqət nümayiş etdirərək, yeni fotolarla çıxış etmisiz. Bugünlərdə sizin əsərləriniz Bakıda – Heydər Əliyev Mərkəzinin həyətində sərgilənməkdə və geniş tamaşaçı rəğbəti ilə qarşılanmaqdadır.

Siz bir sənətkar olaraq yaratdığınız əsərlərlə yanaşı, xeyirxahlıq missiyası ilə də seçilən humanistsiz. Sizin uşaqlarla, qaçqınlarla bağlı layihələriniz beynəlxalq humanitar qurumların diqqətini cəlb edib.

Sizə Azərbaycan həqiqətlərini davamlı və peşəkar şəkildə təbliğ etdiyiniz üçün Mədəniyyət Komitəsi adından təşəkkür edir, möhkəm cansağlığı, yeni yaşınızda yeni yaradıcılıq uğurları diləyirəm!”

Komitə sədri görkəmli sənətkara Qarabağ motivli xatirə hədiyyəsi və Komitənin təşəkkür məktubunu təqdim edib.

Görüşdə sənətkarın bacısı, “Banu" Moda evinin modelyer-dizayneri Pəriçöhrə Deqati və “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.

R.Deqati səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

Tarix
2021.07.27 / 16:50
Müəllif
Axar.az
Digər xəbərlər

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verdi

Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan

DTX-nin saxladığı başçının köməkçisi danışdı

Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır

Zəngəzur dəhlizinin tərkib hissəsi olan Həkəri... - Video

Azərbaycanlıların gəlməsində heç bir problemi yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla