Yuxarı

Bakıda 3 saylı ASAN Kommunal mərkəzi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 3 saylı ASAN Kommunal mərkəzi açıldı

Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində 3 saylı ASAN Kommunal mərkəzinin açılışı olub.

Axar.az xəbər verir ki, mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 38 ünvanında - çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində yerləşir.

Açılış mərasimində ASAN Xidmətin sədri Ülvi Mehdiyev, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Azərişıq ASC-nin sədri Vüqar Əhmədov, Azərsu ASC-nin sədr müavini və sədr vəzifəsini müvəqqəti icra edən Köçərli Həsənov iştirak edib. Onlar birlikdə mərkəzin fəaliyyətə başlamasını bildirən rəmzi düyməni sıxaraq mərkəzi işə salıblar.

Əsasən Nizami, Xətai və Sabunçu rayonlarında qeydiyyatda olan 738 900 vətəndaşın əhatəsində yerləşən ASAN Kommunal mərkəzi ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir. Mərkəzdə adları çəkilən qurumlara aid 52, ümumilikdə isə 110 növ xidmət göstəriləcək. O cümlədən "Azəriqaz" 21 xidmət göstərəcək ki, bunlara - itirilmiş və yaxud zədələnmiş smart kartın bərpası, abunəçi məlumatlarında dəyişikliklərin edilməsi, qüsurlu ödənişin bərpası və s. xidmətlər aiddir.

Mərkəzdə əməkdaşların sayının 90 nəfər, könüllülərin sayının isə 15 nəfər olması nəzərdə tutulur.

Tarix
2021.07.28 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla