Yuxarı

Bu ailələrə 480 manat müavinət veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ailələrə 480 manat müavinət veriləcək

01.01.2021-ci il tarixindən sonra valideyn himayəsindən məhrum olmuş 3 yaşından yuxarı uşağın övladlığa götürülməsi, o cümlədən sağlamlıq imkanları məhdud 0-18 yaşı olan uşağa görə müvafiq olaraq 160 AZN və 480 AZN müavinət təyin edilib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında deyib.

O qeyd edib ki, əlavə olaraq "Təhsil haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

Tarix
2021.07.29 / 16:19
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla